NM

8 Ağustos 2015 Cumartesi

Siz bu adamı yuxunuzda gördünüzmü?


2006-cı ildə Nev Yorkda tanınmış pisixiart qəbul elədiyi xəstısinin qəribə bir yuxusuna qulaq asdı. Bu yuxuda xəstə yuxusuna girən inasın həyatı ilə bağlı tövsiyyələr verdiyini söyləmişdi. Üstəlik bu üzü yuxusunda ilk dəfə görmürdü. Xəstə qadın bu adamı ömrü boyu görmədiyinə və tanımadığına and içirdi niyə yuxusuna girdiyini də bilmirdi. Psixiatrın istəyi üzərinə bu adamın robot şəkli çəkildi. Ancaq şəklin kimə aid olduğu bilinmədi.

Bir neçə gün sonra başqa bir xəstə robot şəkli pisixiatrın stolunda gördü və bu adamı tez-tez yuxusunda gördüyünü və tanımadığını dedi. 

Həkim bu hadisədən sonra bu robot şəkli başqa pisixiatr dostlarına göndərdi və xəstələrinə bu adamı yuxularında görüb görmədiyini soruşmağını istədi. Gələn cavablar isə maraqlı idi.4 xəstə də bu kişini yuxusunda gördüyünə and içirdi. Robot şəkli görən xəstələrdə qorxu və təəccüblənmə halları baş verirdi.

2006-cı ildən günümüzə bir-birini ömür boyu görməyən 10 minlərlə insan bu adamı yuxularında  gördüyünü dedi. Üstəlik bu insanlar eyni ölkədən belə deyildi.

Los Angeles Berlin San Paulo Roma Barcelona Paris Moskva kimi bir çox ölkə mərkəzindən insanlar bu adamı axtarırdı. Üstəlik bu adamı həyatında bir dəfə görmüş adam belə tapılmadı.

Təbiiki insanlıq halıdı bu tanınmayan insan haqqında fikirlər, düşüncələr əhvəlatlara çevrildi. Hətta bu adamı axtaran insanlar tərəfindən  www.thisman.org adresində sayt açıldı. Bu sayt ilə bütün dünyada bu adamı görən insanlar bir birləri ilə əlaqə yaradır və çıxış yolu axtarırlar. Sayt hələdə aktivdir.



Bəs siz, siz bu adamı yuxunuzda gördünüzmü?


Nihal Mammad

0 yorum:

Yorum Gönder

 

Əlaqə və yardım

Email us: nihalmammad@gmail.com

Blog yazarı